AMEA prezidenti: "Maliyyə probleminə görə elmi proqramların istiqamətləri dəyişdirilib”

AMEA prezidenti: "Maliyyə probleminə görə elmi proqramların istiqamətləri dəyişdirilib” Akif Əlizadə: "Alimlərimiz, institutlar, laboratoriyalar özləri imkan tapıb pul qazanmalıdır"
Elm və təhsil
18 Noyabr , 2015 10:48
AMEA prezidenti: Maliyyə probleminə görə elmi proqramların istiqamətləri dəyişdirilib”

Bakı. 18 noyabr. REPORT.AZ/ “Bu gün Azərbaycanda maliyyə problemi müşahidə olunur. Təbii ki, bu Akademiyada da hiss olunur. Ona görə də alimlərimiz, institutlar, laboratoriyalar özləri imkan tapıb pul qazanmalıdır”. "Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə Akademiyanın Rəyasət Heyətinin geniş iclasında deyib.

Onun sözlərinə görə, bu məsələdə əsas olan alimlərin məharət və bacarıqla tematikanın seçimini düzgün etmələridir: “Tematik işlər nə qədər düzgün olsa, multidispilinar istiqamət və proqramların maliyyəşləməsi də bir o qədər effektiv olar. Bundan başqa, maliyyə probleminə görə elmi proqramların istiqamətləri dəyişidirilib”.

A.Əlizadə qeyd edib ki, kimya sahəsində də müəyyən problemlər var: “Baxmayaraq ki, sınaq zavodların təcrübəsi yaxşılaşamağa doğru gedir. Lakin biz yenə də bəzi məhsulların ixrac imkanlarını genişləndirməliyik. Həmçinin humanitar sahədə əsas istiqamətlərdən biri multikulturalizm sahəsini inkişaf etdirməkdir”.

Azərbaycanda dilçiliklə bağlı problemlərə toxunun AMEA prezidenti bildirib ki, dilin düzgün şəkildə icra olunmasını təmin etmək yalnız dilçilərin problemi deyil: "Dilçiliklə bağlı məsələ həm də bütün sahələrin alimlərinin problemidir. Bəzən alimlərdən onlara aid olmayan işləri tələb edirik. Lakin bəzi hallarda bu da lazımdır. İnnovativ sahə ilə bağlı mənə 10-dan artıq təkliflər olsa da, onların əksəriyyəti icra olunmayıb. İnanıram ki, elm və istehsalatın birləşməsi istiqamətində səylər artırılacaq”. 

Son xəbərlər

Orphus sistemi