Yuxarı
    Bağlamaq

    AMEA prezidenti: “Bəzi hallarda ölkə qanunları elmi fəaliyyətə əngəllər yaradır”

    Məncə, burada tamamilə başqa nəzarət mexanizmləri işlənib hazırlanmalıdır

    Bakı. 19 dekabr. REPORT.AZ/ “Bəzi hallarda ölkənin qanunvericilik bazası elmi fəaliyyət üçün lazım olmayan əngəllər yaradır”.

    “Report” xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə Azərbaycan Alimlərinin I Qurultayında çıxışı zamanı deyib.

    AMEA prezidenti buna misal da çəkib: “Misal üçün, eksperimental işlərin aparılması hansısa cihaz və avadanlıqların qısa zaman kəsiyində alınmasını tələb edir. Dövlət alqı-satqı sistemi və tender mexanizmlərinin mövcudluğu bizi bəzən gülünc vəziyyətə qoyur. Məncə, burada tamamilə başqa nəzarət mexanizmləri işlənib hazırlanmalıdır. Əks halda effektiv elmi işdən söhbət belə gedə bilməz.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi