Yuxarı

AMEA: “Otmanbozdağ” vulkanının yenidən püskürməsi gözlənilmir

AMEA: “Otmanbozdağ” vulkanının yenidən püskürməsi gözlənilmir
Şöbə müdiri: “Vulkan artıq enerjisini itirib”

Bakı. 7 fevral. REPORT.AZ/ “Otmanbozdağ” vulkanının yerləşdiyi əraziyə işçi qrupunun göndərilməsi mümkün olmayıb”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, professor Adil Əliyev deyib.

O bildirib ki, ərazidə bataqlıq yarandığına görə orada avtomobillərin hərəkət etməsi mümkün deyil və səfər də bu səbəbdən baş tutmayıb: “Ərazi palçıqlıq olduğuna görə tədqiqat üçün nümunələr götürmək, planlama işi aparmaq, süxur nümunələri götürmək mümkün olmayacaq. Hava şəraitindən asılı olaraq ərazidəki torpaq örtüyü nisbətən quruyan kimi işçi qrup əraziyə gedəcək".

Şöbə müdiri qeyd edib ki, “Otmanbozdağ” vulkanı artıq enerjisini itirib: “Yəni vulkan sakitləşib. Həmin vulkanın yenidən püskürməsi gözlənilmir. Çünki vulkan yenidən püskürmək üçün enerjisi toplamalıdır”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi