AMEA-nın Zoologiya İnstitutu işçi axtarır

AMEA-nın Zoologiya İnstitutu işçi axtarır Bakı. 3 may. REPORt.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib.
Elm və təhsil
3 May , 2018 10:30
AMEA-nın Zoologiya İnstitutu işçi axtarır
AMEA / Report

Bakı. 3 may. REPORt.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib.

Akademiyadan "Report"a verilən məlumata görə, institutun “Quru onurğasızları” laboratoriyasının müdiri və baş elmi işçisi, “Quru onurğalıları” laboratoriyasında aparıcı elmi işçi və “Protozoologiya” laboratoriyasında aparıcı elmi işçi vəzifələri boşdur.

Müsabiqədə qeyd olunan ixtisasa malik, biologiya üzrə elmi dərəcəsi olan elmlər doktoru və fəlsəfə doktorları iştirak edə bilər.

Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq elan dərc edilən gündən etibarən 1 ay müddətində elmi katibliyə təqdim olunmalıdır.

Son xəbərlər

Orphus sistemi