​AMEA-nın təsisçiləri haqqında kitablar hazırlanır

​AMEA-nın təsisçiləri haqqında kitablar hazırlanır Akademiyanın 70 illiyi ilə bağlı ümumi kitab da nəşr olunacaq
Elm və təhsil
15 Sentyabr , 2015 14:13
​AMEA-nın təsisçiləri haqqında kitablar hazırlanır

Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyi münasibətilə AMEA haqqında 600-700 səhifəlik kitab nəşr olunacaq. Bu barədə "Report"a AMEA-dan məlumat verilib. Bundan başqa, AMEA tərəfindən vaxtilə Akademiyanın təsisçiləri olmuş şəxslərin hər biri haqqında ayrı-ayrı kitab nəşr olunacaq.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının yaranması haqqında sərəncam 1945-ci ilin mart ayında verilib. AMEA-nın 15 nəfər (Mirəsədulla Mirqasımov, Mustafa Topçubaşov, Üzeyir Hacıbəyov, Səməd Vurğun və s.) görkəmli alimdən ibarət təsisçisi olub. 

Son xəbərlər

Orphus sistemi