Əsasən Çexiya oxucuları üçün nəzərdə tutulan kataloq hazırda Praqa şəhərində böyük uğurla keçən eyniadlı sərginin ziyarətçilərinə paylanır.
Kataloqun ilk səhifələrində Milli Azərbaycan Tarixi və Çexiya Milli muzeylərinin direktorları Nailə Vəlixanlının və Mixal Lukeşin çex oxucularına müraciətləri yer alıb. Albom formatlı, 190 səhifəlik kataloqun birinci hissəsində Azərbaycan, onun adının mənşəyi, xalqın formalaşması, tarixi, mədəni irsi, turizm potensialı haqqında məlumat yerləşdirilib.
Kataloqun ikinci hissəsində sərgidə nümayiş olunan 300 eksponat haqqında ətraflı məlumat verilib. Hər eksponatın fotoşəkilləri ilə bərabər onun adı, tapılma yeri, ölçüləri, dövrü qeyd olunub.