Bakı. 24 iyun. REPORT.AZ/ AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında akademiyanın strukturunda bəzi kadr dəyişiklikləri müzakirə olunacaq. "Report" xəbər verir ki, dəyişikliyə əsasən, AMEA-nın müxbir üzvü Əyyub Quliyev akademiyanın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru vəzifəsindən azad edilib.
Rəsədxana direktorunun səlahiyyətlərinin icrası müvəqqəti olaraq AMEA-nın müxbir üzvü Namiq Cəlilova tapşırılıb.
Eyni zamanda, akademik Adil Qəribov AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru vəzifəsindən azad edilib.
Fizika elmləri doktoru Oqtay Səmədov institutun müvəqqəti direktoru təyin olunub.