AMEA-nın Rəyasət Heyəti vacib qərarlar qəbul edib

AMEA-nın Rəyasət Heyəti vacib qərarlar qəbul edib AMEA əməkdaşlarının xarici ezamiyyətlərinin sayı azaldılıb, elektron elmin inkişafına dair Fəaliyyət Planı təsdiqlənib
Elm və təhsil
24 İyun , 2015 17:50
AMEA-nın Rəyasət Heyəti vacib qərarlar qəbul edib

Bakı. 24 iyun. REPORT.AZ/ AMEA əməkdaşlarının xarici ezamiyyətlərinin sayı azaldılıb. "Report" xəbər verir ki, bununla bağlı qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul edilib.

AMEA prezidenti Akif Əlizadə bildirib ki, bu qərar əsasən akademiyanın rəhbər şəxslərinə, o cümlədən institut direktorlarına şamil edilir. Yeni qərara görə, yalnız vacib olan zaman xarici ezamiyyətlərə icazə veriləcək. 

İclasda, həmçinin bu il üçün elektron elmin inkişafına dair Fəaliyyət Planı da təsdiq edilib. Eyni zamanda, AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda beynəlxalq neft mənşəli kaustobiolitlərdən alınan nanokarbon materiallar əsasında katalizatorların sintezinə və tətbiqinə dair fundamental tədqiqatlar laboratoriyasının yaradılması qərara alınıb.

Son xəbərlər

Orphus sistemi