“AMEA-nın professoru” elmi adını almaq üçün müsabiqə keçiriləcək

“AMEA-nın professoru” elmi adını almaq üçün müsabiqə keçiriləcək Bununla bağlı qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul edilib
Elm və təhsil
19 Aprel , 2017 16:43
“AMEA-nın professoru” elmi adını almaq üçün müsabiqə keçiriləcək

Bakı. 19 aprel. REPORT.AZ/ “Azərbaycan Milli Elmlər Akademiyasının professoru” elmi adını almaq üçün müsabiqə keçiriləcək. 

Akademiyadan "Report"a verilən məlumata görə, bununla bağlı qərar aprelin 19-da AMEA Rəyasət Heyətinin iclasında qəbul edilib. 

Qeyd edək ki, müsabiqədə AMEA-nın üzvü olmayan, elmi müəssisə və ali məktəblərdə elmi və ya elmi-pedaqoji fəaliyyətlə məşğul olan, milli və beynəlxalq səviyyəli elmi nailiyyətlər əldə etmiş, yüksəkixtisaslı elmi kadrların hazırlanması, elm və təhsilin vəhdətinin möhkəmləndirilməsi, dövlətçiliyin qorunması və inkişafında, habelə AMEA-nın əsas vəzifə və funksiyalarının həyata keçirilməsində xüsusi xidmətlər göstərmiş, yaşı 50-dək olan elmlər doktorları iştirak edə biləcəklər. Azərbaycan elminin inkişafı, beynəlxalq aləmdə nüfuzunun artırılması və dünya elminə inteqrasiyasında, habelə beynəlxalq elmi əlaqələrin genişləndirilməsində xüsusi xidmətləri olan xarici ölkə alimləri də müsabiqədə iştirak edə bilərlər.

Son xəbərlər

Orphus sistemi