Yuxarı
    Bağlamaq

    AMEA-nın müxbir üzvü: "İnstitutlarımız köhnə qayda ilə işləyir"

    Elə yeni sortlar yaradılmalıdır ki, qonşu ölkələrə ixrac oluna bilsin

    Bakı. 2 mart. REPORT.AZ/ "Azərbaycanda müasir elmi səviyyədə tədqiqat işlərini aparan institutlar köhnə qayda ilə işləyir. Bu qaydalar müasir tələblərə cavab vermir". "Report"un məlumatına görə, bunu Genetik Ehtiyatlar İnstitunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov akademiyanın Rəyasət Heyətinin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

    O bildirib ki, alimlər müasir dövrün tələblərindən irəli gələn yeni texnologiyaların yaradılmasına çalışmalıdır: "Elə yeni sortlar yaradılmalıdır ki, qonşu ölkələrə ixrac oluna bilsin. Həmçinin, elə potensial olmalı və standartlar ödənilməlidir ki, məhsullar Avropaya, eləcə də Uzaq Şərq ölkələrinə və dünyanın bir çox ölkələrinin bazarlarına çıxa bilsin".

    İnstitut direktoru vurğulayıb ki, torpağın yaxşılaşdırılması, suyun çatışmazlığı, sudan səmərəli istifadə ilə bağlı müəyyən problemlər mövcuddur: "Ölkədə mütərəqqi və yeni texnologiyalarla suvarma aparılır ki, bu da çox böyük su itkisinə səbəb olur. İtkinin qarşısını almaq üçün yeni mütərəqqi üsullardan istifadə etmək lazımdır".

    O, həmçinin əlavə edib ki, Azərbaycan Milli Elmlər Akademiyasının "Xızı" Kənd Təsərrüfatı İstehsalat Kompleksinin bazasında aqrobiznes sektorunun bütün sahələrini əhatə edəcək müasir aqroparkın yaradılması nəzərdə tutulur: "Kənd təsərrüfatının inkişafı üçün müasir informasiya texnologiyalarından istifadə etməklə sahənin tam elektronlaşdırılması dövrün tələbidir. Torpaq, su, bitki, və s. haqqında biliklərin, təhlillərin, katoqramlarn, kadastr və müasir texnologiyalar haqqında kompleks məlumatların toplandığı interaktiv rəqəmsal ekspert sistemləri yaradılmalıdır".

    Z.Əkpərov aqrar elm sahəsində ciddi irəliləyişlərə nail olmaq üçün elmi tədqiqat müəssisələrinin yenidən qurulmasını vacib sayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi