AMEA-nın Mərkəzi Elmi Kitabxanası oxucuların istifadəsinə verilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanası oxucuların istifadəsinə verilib Tədbir Akademiyanın 70 illiyinə həsr olunmuş yubiley tədbirləri çərçivəsində keçirilib
Elm və təhsil
14 Oktyabr , 2015 10:47
AMEA-nın Mərkəzi Elmi Kitabxanası oxucuların istifadəsinə verilib

Bakı. 14 oktyabr. REPORT.AZ/ Bu gün AMEA-nın Mərkəzi Elmi Kitabxanası oxucuların istifadəsinə verilib.

"Report"un xəbərinə görə, bununla bağlı rəsmi açılış mərasimi keçirilib.

Akademiyanın 70 illiyinə həsr olunmuş yubiley tədbirləri çərçivəsində baş tutan tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidentləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri və digər rəsmi qonaqlar iştirak ediblər.

Mərasimdə Akademiyanın vitse-prezidenti İsa Həbibbəyli çıxış edərək kitabxananın yaradılması barədə tədbir iştirakçılarına məlumat verib: "Bura ən müasir texnologiya ilə təchiz olunan kitabxanadır. Elektron kataloqun yaradılması işləri artıq yekunlaşmaq üzrədir. Bu da oxucular üçün daha geniş imkanlar açmış olacaq".

Mərakeş Krallığının Azərbaycandakı səfiri Hassan Hami bildirib ki, elm, təhsil və mədəniyyət bir-birindən ayrılmaz hissələrdir: "Azərbaycan musiqisi isə çox zəngindir. İnsanı çox keçmişə aparır və sizin musiqi çox sehrlidir. Özüm də tədqiqatçı olduğumdan sizinlə daha çox əməkdaşlıq edəcəm".

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam etdirilib.

Tədbirin sonunda kitabxana fondları, kataloqlar, oxu zalları və işçi heyət ilə tanışlıq olub.

Son xəbərlər

Orphus sistemi