Yuxarı
    Bağlamaq

    AMEA-nın Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər jurnalı yenidən nəşrə başlayır

    Bakı. 9 iyul. REPORT.AZ/ AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər jurnalı yenidən nəşrə başlayır.

    “Report” xəbər verir ki, Mərkəzi Elmi Kitabxana 20 noyabr 2013-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Mətbu nəşrlərin reyestri”nə (3816) və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxil edilmiş İSSN: 2219-5874 AMEA Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər jurnalının çap və elektron formatda nəşrini davam etdirir.

    Jurnalda kitabxana-informasiya elmi, kitabxana-informasiya elminin tətbiqi sahələri (rəqəmsal yaddaş, rəqəmsallaşdırma siyasəti, milli yaddaş, sərbəst elektron resurslar, o cümlədən ensiklopediyalar, müəllif hüququ, intellektual mülkiyyət, informasiya siyasəti, informasiya təhlükəsizliyi, süni intellekt və s.), eləcə də tarix, ədəbiyyat, incəsənət, türkologiya, dəqiq elmlər sahələrində çalışan alimlər tərəfindən kitabxana-informasiya elmi ünvanına yeni çağırışlar səsləndirən məqalələr çap ediləcək. Jurnalın xüsusi buraxılışları xüsusi tarixlərə və ölkə miqyaslı hadisələrə həsr olunacaq.

    Texniki tələblər: Məqalələr müəllifin adı, soyadı, elmi dərəcəsi, elmi vəzifəsi, elmi adı, iş yeri, Azərbaycan, ingilis və rus dillərində xülasə və açar sözlər, ədəbiyyat siyahısı daxil olmaqla 1500-4500 söz həcmində, “Arial” şrifti ilə, “12” ölçüdə, sətirarası interval “1,0” ölçü, mətndaxili abzas 1 sm olmaqla təqdim olunmalıdır.

    Yeni buraxılışın 1-ci sayı üçün məqalələr 5 avqust, 2018-ci il tarixinə qədər cecilia.hazai@gmail.com və bekirleyla@gmail.com ünvanlarına göndərilməlidir.

    Elektron məktubun mövzusu:

    SCIENTIFIC PAPERS. CLS ANAS + müəllifin adı və soyadı

    Zəruri hallarda əlaqə nömrəsi:

    012 5371982

    5 iyul, 2018

    MEK İctimaiyyətlə əlaqələr bölməsi

    pr.mek.az@gmail.com

    (012) 537 19 82

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi