​AMEA-nın magistrları Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda təcrübə keçəcəklər

​AMEA-nın magistrları Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda təcrübə keçəcəklər Akademiyada Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun nümayəndə heyəti ilə görüş olub
Elm və təhsil
13 May , 2015 17:15
​AMEA-nın magistrları Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda təcrübə keçəcəklər

Bakı. 13 may. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) nümayəndə heyəti ilə görüş olub. 

"Report" xəbər verir ki, görüşdə Rusiya tərəfindən işçi qrupun rəhbəri və BNTİ-nin elmi katibi Nikolay Rusakoviç, beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Dmitriy Kamanin, İnformasiya Texnologiyaları laboratoriyasının direktoru Vladimir Korenkov, Elmi- Texniki Mərkəzinin direktoru Stanislav Pakulyak, AMEA -nın prezidenti Akif Əlizədə, AMEA Fizika İnstitutunun direktoru Nazim Məmmədov və başqaları iştirak ediblər. 

AMEA prezidenti Akif Əlizədə bildirib ki, bu il akademiyada ilk dəfə magistr dərəcəsinə qəbul keçirilir: "Bu il Fizika, Kataliz və Qeyri-üzvi Kimya, Geologiya və Geofizika, Molekulyar Biologiya və Biotexnologiya institutlarına, həmçinin, M.V.Lomonosov adına Moskva Dövlət Universititeninin Bakı filialına qəbul olan birinci kurs magistrlar iyul-avqust aylarında BNTİ-nin Elmi Texniki Mərkəzində təcrübə keçəcəklər". 

BNTİ-nin elmi katibi Nikolay Rusakoviç BNTİ və onun yerləşdiyi Rusiyanın Dubna şəhəri haqqında, institutun strukturu, iş prinsipləri və s. haqqında məlumat verib: "BNTİ-yə 18 ölkə tamhüquqlu üzvdür. Azərbaycan da bu sıraya daxildir". 

O qeyd edib ki, institutun ali orqanı Tam Səlahiyyətli Nümayəndələr Komitəsidir: "BNTİ heç bir nazirliyə tabe deyil və komitəyə daxil olan səlahiyyətli nümayədələr tərəfindən idarə olunur. Mütəmadi olaraq, ildə iki dəfə (mart, noyabr) komitənin iclasi keçirilir və əsas məsələlər bu iclasda müzakirə olunur. İnstitutda elmi məsələlərə nəzarəti Elmi Şura həyata keçirir. Şuraya 45 nəfər daxildir. Şuranın əsas hissəni dünyanın müxtəlif ölkəsindən olan tanınmış fiziklər təşkil edir". 

N.Rusakoviç institutda 7 laboratoriyanın fəaliyyəti və iş prinsipi, əməkdaşları, büdcənin idarə olunması, CERN-lə əməkdaşlığı və beynəlxalq əlaqələri haqqında məlumat verib. Tədbirdə BNTİ haqqında məruzələr dinlənilib. Sonda müzakirələr aparılıb və suallar cavablandırılıb. Tədbirin ikinci hissəsində BNTİ-yə uzunmüddətli ezam olunacaq namizədlər dinlənilib, Azərbaycan və Rusiya tərəfindən olan ekspert və işçi qrupunun gördüyü işlərin nəticələrinin ümumiləşdirilməsi aparılıb.

Son xəbərlər

Orphus sistemi