Yuxarı

AMEA-nın magistraturasına qəbul olunan bakalavrların qeydiyyatı başa çatır

Qeydiyyatdan keçməyənlər siyahıdan xaric ediləcək

Bakı. 10 iyul. REPORT.AZ/ Bu gün 2015/2016-cı tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul olunan bakalavrların qeydiyyatı başa çatır. "Report" xəbər verir ki, iyunun 29-dan başlayan qeydiyyat üçün şəxsiyyət vəsiqəsinin əsli və surəti, bakalavr diplomunun əsli və surəti (cari ilin məzunları üçün bakalavr kursunu tam başa vurması haqqında ali təhsil müəssisəsindən arayış), 4 ədəd fotoşəkil (3×4 sm), magistraturaya qəbul imtahanının nəticələri haqqında məlumat tələb olunur.

Xatırladaq ki, qeydiyyat (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA-nın Elm və təhsil idarəsinin Təhsil şöbəsində (Hüseyn Cavid pr., 115, I mərtəbə,otaq153) aparılır. Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi