AMEA-nın magistraturasına qəbul olan bakalavrların qeydiyyatı başlayır

AMEA-nın magistraturasına qəbul olan bakalavrların qeydiyyatı başlayır Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər
Elm və təhsil
24 İyun , 2015 12:12
AMEA-nın magistraturasına qəbul olan bakalavrların qeydiyyatı başlayır

Bakı. 24 iyun. REPORT.AZ/ 2015/2016-cı tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul olan bakalavrların qeydiyyatı başlayır. AMEA-dan "Report"a verilən xəbərə görə, qeydiyyat prosesi iyunun 29-dan iyulun 10-na kimi davam edəcək.

Qeydiyyat üçün şəxsiyyət vəsiqəsinin əsli və surəti, bakalavr diplomunun əsli və surəti (cari ilin məzunları üçün bakalavr kursunu tam başa vurması haqqında ali təhsil müəssisəsindən arayış), 4 ədəd fotoşəkil (3×4 sm), magistraturaya qəbul imtahanının nəticələri haqqında məlumat tələb olunur.

Xatırladaq ki, qeydiyyat (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA-nın Elm və təhsil idarəsinin Təhsil şöbəsində (Hüseyn Cavid pr., 115, I mərtəbə,otaq153) aparılacaq. Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Son xəbərlər

Orphus sistemi