AMEA-nın magistrantları imtahan veriblər

AMEA-nın magistrantları imtahan veriblər İmtahanın nəticələrinə əsasən, yüksək və nisbətən aşağı nəticələr göstərən magistrantlar üçün 2 qrup təşkil olunacaq
Elm və təhsil
18 Sentyabr , 2015 15:45
AMEA-nın magistrantları imtahan veriblər

Bakı. 18 sentyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistrantları üçün diaqnostik test imtahanı keçirilib. Bu barədə "Report"a AMEA İnformasiya Texnologiyaları İnstitutundan məlumat verilib.

Məlumata görə, İnformasiya Texnologiyaları İnstitutunda akademiyanın magistrantlarının ingilis dili üzrə bilik səviyyəsinin yoxlanılması məqsədilə diaqnostik test imtahanı keçirilib. Magistrantlar 95 dəqiqə ərzində qrammatika (90 test) və dinləmə bölmələri üzrə sualları cavablandırıblar. İmtahanın nəticələrinə əsasən, yüksək və nisbətən aşağı nəticələr göstərən magistrantlar üçün 2 qrup təşkil olunacaq.

İnstitutdan həmçinin bildirilib ki, akademiya rəhbərliyinin qərarına əsasən, magistrantlara informatika, ingilis dili, pedaqogika və psixologiya fənləri üzrə tədris İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində (TİM) aparılacaq: "Bu məqsədlə İnstitutun Tədris-İnnovasiya Mərkəzində müvafiq tədbirlər həyata keçirilir".

Qeyd edək ki, magistratura təhsili AMEA-nın 7 elmi-tədqiqat institutunun bazasında 7 ixtisas (dilçilik, antropologiya, nəzəri fizika, geologiya, kimyəvi kinetika və kataliz, molekulyar biologiya, bitkilərin seleksiyası) üzrə təşkil olunub. Bu tədris ili akademiyaya 19 magistrant qəbul edilib.

Son xəbərlər

Orphus sistemi