AMEA-nın institutu İslam Əlyazmaları Assosiasiyasının üzvü seçilib

AMEA-nın institutu İslam Əlyazmaları Assosiasiyasının üzvü seçilib Assosiasiyanın dünyanın 25 ölkəsindən 600-ə yaxın üzvü var
Elm və təhsil
23 Yanvar , 2015 15:33
AMEA-nın institutu İslam Əlyazmaları Assosiasiyasının üzvü seçilib

Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Böyük Britaniyanın Kembric Univeritetinin nəzdində yaradılan İslam Əlyazmaları Assosiasiyasının (The İslamic Manuscript Assosation) üzvü seçilib. Bu barədə "Report"a İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu bu imkandan yararlanaraq yeni layihələrə və əməkdaşlıqlara ümid edir. Bu hadisə Azərbaycan elmini və tarixini dünyada tanıtmaq üçün institut qarşısında yeni qapılar açır.

Xatırladaq ki, İslam Əlyazmaları Assosiasiyası İslam Əlyazma Kolleksiyalarını qorumaq və onlarla işləyənlərə dəstək göstərmək üçün yaranmış beynəlxalq qeyri-kommersiya təşkilatıdır. Təşkilat Böyük Britaniyanın Kembric şəhərinin mərkəzində yerləşir. Bu təşkilat bütün dünyada İslam Əlyazmalar Kolleksiyalarının mükəmməl formada qorunmaması və onlardan istifadə imkanlarının tam olmaması ehtiyacından yaranıb.

İslam Əlyazmaları Assosiasiyasının üzvləri İslam Əlyazmalar Kolleksiyaları qorunub saxlanan kitabxanalar və muzeylər, eləcə də İslam Əlyazmaları ilə elmi və peşəkar şəkildə məşğul olan şəxslərdir. Dünyanın 25 ölkəsindən (Misir, Özbəkistan, ABŞ, İtaliya, Macarıstan, Fransa, Səudiyyə Ərəbistanı, Türkiyə, İran, Albaniya, Əlcəzair, Hindistan, Mərakeş və s.) 600-ə yaxın üzvü var. Üzvlərin səsvermə hüququ, qrantlar təqdim etmək, eləcə də treninqlərdə və konfranslarda iştirak etmək hüququ var.

Son xəbərlər

Orphus sistemi