Yuxarı

AMEA-nın illik ümumi yığıncağının keçirilmə vaxtı məlum olub

Akademiyanın Rəyasət Heyətinin iclası keçirilib

Bakı. 10 fevral. REPORT.AZ/ "Bu ilin aprelin 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağının keçirilməsi nəzərdə tutulub".

"Report" xəbər verir ki, bunu AMEA-nın prezidenti akademik Akif Əlizadə Akademiyanın Rəyasət Heyətinin iclasında deyib.

Onun sözlərinə görə, yığıncağın aprelin 27-də keçirilməsi planlaşdırılıb: "Lakin aprelin 29-u da ehtiyat tarixi kimi qalır. Odur ki, Akademiyanın tərkibində fəaliyyət göstərən bütün bölmələrin hesabat hazırlamağa kifayət qədər vaxtı var. Bölmələrə bütün aidiyyəti məsələləri indidən yüksək səviyyədə həll etməyi tapşırıram".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi