AMEA-nın illik ümumi yığıncağının gündəliyi təsdiqlənib

AMEA-nın illik ümumi yığıncağının gündəliyi təsdiqlənib Materialların hazırlanması Rasim Əliquliyevə tapşırılıb
Elm və təhsil
12 Mart , 2015 16:38
AMEA-nın illik ümumi yığıncağının gündəliyi təsdiqlənib

Bakı. 12 mart. REPORT.AZ/ Cari ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağı keçiriləcək. 

"Report" xəbər verir ki, AMEA Rəyasət Heyətinin bugünkü iclasında ümumi yığıncağın gündəliyi təsdiq edilib. Gündəlikdə akademiyanın 2014-cü ildəki fəaliyyəti haqqında hesabat, AMEA-nın vitse-prezidenti vəzifəsinə və AMEA-nın bir sıra bölmələrinin akademik-katibi vəzifəsinə seçkilərin keçirilməsi və s. məsələlər yer alıb.

Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı və AMEA-nın adlı mükafatlarının təqdimatı da gündəliyə daxil olan məsələlərdəndir.

Rəyasət Heyətinin qərarı ilə ümumi yığıncağın müzakirəsinə çıxarılacaq məsələlərə aid materialların hazırlanması AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyevə tapşırılıb. Bu və ya digər qərarların icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevə həvalə edilib.

Son xəbərlər

Orphus sistemi