Yuxarı
    Bağlamaq

    AMEA-nın illik Ümumi yığıncağı keçiriləcək

    Tədbirdə akademiyanın 2014-cü ildəki fəaliyyəti haqqında hesabat təqdim olunacaq

    Bakı. 21 aprel. REPORT.AZ/ Aprelin 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA-nın illik Ümumi yığıncağı keçiriləcək. Bu barədə "Report"a AMEA-dan məlumat verilib.

    Tədbirdə akademiyanın 2014-cü ildəki fəaliyyəti haqqında hesabat təqdim olunacaq, AMEA-nın vitse-prezidenti vəzifəsinə və bir sıra bölmələrinin akademik-katibi vəzifəsinə seçkilər keçiriləcək. Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı və AMEA-nın adlı mükafatlarının təqdimatı da tədbirin gündəliyinə daxil olan məsələlərdəndir.

    Ümumi yığıncaqda, həmçinin akademiyanın müvafiq elmi bölmələrinin sərgi eksponatları nümayiş etdiriləcək.

    Tədbirdə AMEA-nın institut və təşkilatlarından olan alim və mütəxəssislərlə yanaşı, dövlət və ictimai təşkilatların nümayəndələri, müvafiq nazirlik, elmi müəssisə və ali məktəblərin rəhbərləri də iştirak edəcəklər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi