AMEA-nın ilk magistrlərinin “Məzun Günü” keçirilib

AMEA-nın ilk magistrlərinin “Məzun Günü” keçirilib Tədbirdə Mikayıl Cabbarov və Məleykə Abbaszadə də iştirak edib
Elm və təhsil
7 İyul , 2017 11:40
AMEA-nın ilk magistrlərinin “Məzun Günü” keçirilib
Report.az

Bakı. 7 iyul. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) ilk magistrlərinin "Məzun günü" keçirilib.

"Report" xəbər verir ki, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iştirak edib.

AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, birinci qəbul ilində Akademiyanın magistraturasına 400-ə yaxın bakalavr müraciət edib və yekunda 9 ixtisas üzrə yüksək balla 19 tələbə qəbul olub: "Onlardan bir nəfəri hərbi xidmətə yollanıb, 18 nəfəri isə təhsilini davam etdirdi. Məzunlardan 15 nəfəri magistraturanı fərqlənmə diplomu ilə bitirib".

O qeyd edib ki, növbəti qəbul illərində ixtisas və plan yerlərinin sayı artırılıb: "Belə 2016-2017-ci tədris ilində 18 ixtisas üzrə 56 nəfər qəbul olub. Bu il isə 1700-dən çox bakalavr müraciət edib və son məlumata görə onlardan 67-si tələbə adını qazanıb".

A.Əlizadə vurğulayıb ki, yaxşı alim yetişdirmək üçün keyfiyyətli təhsil vermək başlıca şərtdir.

Tədbirin sonunda AMEA-nın ilk məzunlarına diplomlar təqdim olunub.

Son xəbərlər

Orphus sistemi