AMEA-nın iki institutuna direktor axtarılır

AMEA-nın iki institutuna direktor axtarılır Direktor vəzifəsinə namizədlərin böyük elmi nailiyyətləri, elmi-təşkilati bacarığı və təcrübəsi olmalıdır
Elm və təhsil
12 Yanvar , 2017 13:56
AMEA-nın iki institutuna direktor axtarılır

Bakı. 12 yanvar. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti elmi müəssisələrdə direktor vəzifəsini tutmaq üçün seçkilər elan edib. AMEA-dan “Report”a verilən məlumata görə, Humanitar Elmlər Bölməsi üzrə Folklor İnstitutuna və İctimai Elmlər Bölməsi üzrə İqtisadiyyat İnstitutuna direktor axtarılır.

AMEA-nın elmi müəssisələrinin direktoru vəzifəsinə namizədlər böyük elmi nailiyyətləri, elmi-təşkilati bacarığı və təcrübəsi olan alimlər sırasından AMEA-nın Rəyasət Heyəti, müvafiq bölmənin bürosu, həmin bölmənin üzvləri və elmi müəssisənin elmi şurası tərəfindən irəli sürülə bilər.

Namizədlərin irəli sürülməsinə dair aşağıdakı sənədlər (2 nüsxədə) elan dərc edildiyi gündən 1 ay müddətində AMEA-nın müvafiq elmi bölməsinə (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 30) təqdim edilməlidir:

- namizədin irəli sürülməsi haqqında müvafiq təqdimat;

- namizədin seçkilərdə iştirak etməsi haqqında yazılı razılığı;

- kadrların şəxsi uçot vərəqəsi;

- tərcümeyi-hal;

- təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin təsdiq olunmuş surətləri;

- elmi əsərlərin təsdiq olunmuş siyahısı;

- 3 ədəd fotoşəkil (4x6 sm).

Son xəbərlər

Orphus sistemi