AMEA-nın Folklor İnstitutu işçi axtarır

AMEA-nın Folklor İnstitutu işçi axtarır Bakı. 6 iyun. REPORT.AZ/ AMEA-nın Folklor İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib.
Elm və təhsil
6 İyun , 2018 14:57
AMEA-nın Folklor İnstitutu işçi axtarır
AMEA / Report
0 : 00
0 : 00

Bakı. 6 iyun. REPORT.AZ/ AMEA-nın Folklor İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib.

AMEA-dan "Report"a verilən məlumata görə, Azsaylı xalqların folkloru şöbəsinə aparıcı elmi işçi vəzifəsi üzrə 1 yer, böyük elmi işçi  vəzifəsi üzrə 2 yer, Folklorun toplanması və sistemləşdirilməsi şöbəsinə aparıcı elmi işçi vəzifəsi üzrə 1 yer, Folklor və yazılı ədəbiyyat şöbəsinə aparıcı elmi işçi vəzifəsi üzrə 3 yer, böyük elmi işçi vəzifəsi üzrə 2 yer, Mərasim folkloru şöbəsinə aparıcı elmi işçi vəzifəsi üzrə 2 yer, Müasir folklor şöbəsinə böyük elmi işçi vəzifəsi üzrə 1 yer, Mifologiya şöbəsinə böyük elmi işçi vəzifəsi üzrə 2 yer, Türk xalqları folkloru şöbəsinə aparıcı elmi işçi vəzifəsi üzrə 3 yer, Təhsil şöbəsinə böyük elmi işçi vəzifəsi üzrə 1 yer, Xarici əlaqələr bölməsinə böyük elmi işçi vəzifəsi üzrə 1 yer, Klassik folklor şööbəsinə aparıcı elmi işçi vəzifəsi üzrə 2 yer, musiqi folkloru şöbəsinə böyük elmi işçi vəzifəsi üzrə 2 yer vakantdır.

Müsabiqədə uyğun ixtisas üzrə elmlər və fəlsəfə doktorları iştirak edə bilər. Sənədlər (direktorun adına ərizə, əmək kitabçasının surəti, diplomların surəti, elmi əsər­lərin siya­hısı, tərcümeyi-hal, kadrların şəxsi uçot vərəqi, 3x4 ölçüdə 2 şəkil) iyun ayının sonu­na­dək Təşkilat Komitəsinə təqdim edilməlidir.

Son xəbərlər

Orphus sistemi