​AMEA-nın Folklor İnstitutu 34 işçi axtarır

​AMEA-nın Folklor İnstitutu 34 işçi axtarır Sənədlər 1 ay müddətində təqdim edilməlidir
Elm və təhsil
16 May , 2016 12:28
​AMEA-nın Folklor İnstitutu 34 işçi axtarır

Bakı. 16 may. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu işçi qəbulu elan edib.

Folklor İnstitutundan "Report"a verilən məlumata görə, institutun Klassik folklor şöbəsində aparıcı elmi işçi vəzifəsinə 1 yer, böyük elmi işçi 2 yer, Dədə Qorqud şöbəsinə şöbə müdiri, aparıcı elmi işçi 2 yer, böyük elmi işçi 4 yer, Türk xalqları folkloru şöbəsinə böyük elmi işçi 4 yer, Aşıq yaradıcılığı şöbəsinə aparıcı elmi işçi 1 yer, Mifologiya şöbəsinə böyük elmi işçi 3 yer, Müasir folklor şöbəsinə böyük elmi işçi 1 yer, Folklorun toplanması və sistemləşdirilməsi şöbəsinə böyük elmi işçi 2 yer, Folklor və yazılı ədəbiyyat şöbəsinə aparıcı elmi işçi 2 yer, böyük elmi işçi 3 yer, Mərasim folkloru şöbəsinə aparıcı elmi işçi 3 yer, böyük elmi işçi 4 yer, Azsaylı xalqların folkloru şöbəsinə şöbə müdiri, böyük elmi işçi 1 yer, Cənubi Azərbaycan folkloru şöbəsinə böyük elmi işçi vəzifəsində 1 yer vakantdır.

Müsabiqədə göstərilən şöbə müdiri vəzifələrinə yalnız uyğun sahə üzrə elmlər doktoru və ya fəlsəfə doktoru elmi dərəcəsi olanlar iştirak edə bilərlər. Sənədlər 1 ay müddətində təqdim edilməlidir.

Son xəbərlər

Orphus sistemi