AMEA-nın Fizika İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

AMEA-nın Fizika İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib. 
Elm və təhsil
18 Yanvar , 2018 20:32
AMEA-nın Fizika İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib. 

İnstitutdan "Report"a verilən məlumata görə, tədbiri İnstitutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov açaraq 20 Yanvar hadisəsi haqqında ətraflı məlumat verib və hadisəni Azərbaycan xalqına qarşı törədilən ən qanlı faciə adlandırıb. 

Onun sözlərinə görə, faciənin dünyaya tanıdılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: "Ulu öndər qanlı hadisənin ertəsi günü Moskvadakı Azərbaycan nümayəndəliyinə gedərək faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə qınadı, ifşaedici və cəsarətli bəyanat verdi". 

Fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova vurğulayıb ki, 1990-cı ilin 20 yanvarında törədilən hadisələrin canlı şahidi olub: "Azərbaycan xalqı bu hadisələr zamanı öz birliyini göstərdi. O dövrdə xalq milli azadlıq, demokratiya, Qarabağ uğrunda birləşdi".

Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Qafil Dəmirov deyib ki, 20 Yanvar hadisəsi Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılıb: "20 Yanvar hadisələrinin səbəbkarları hələ də cinayət məsuliyyətinə cəlb olunmayıb. Nə qədər acı bir tarix olsa da, "Qanlı Yanvar" hadisələri Azərbaycan xalqının azadlıq iradəsini və əzmini qıra bilmədi. Bugünkü müstəqillik şəhidlərin canı və qanı hesabına qazanılıb".

Sonda 20 Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi