Azərbaycan
"Report" xəbər verir ki, AMEA-nın prezidenti, akademik
Əvvəlcə AMEA-nın prioritet elmi istiqamətləri müzakirə olunub.
Akademik Ramiz Mehdiyev bildirib ki, dünyada elmi istiqamətlərin, peşə və ixtisasların sürətlə yeniləndiyi, yüksək texnologiyaların genişləndiyi hazırkı şəraitdə Azərbaycan elminin prioritet istiqamətlərinə yenidən baxılmalı, bu prioritetlərin müəyyənləşdirilməsində bir tərəfdən müasir elmin inkişaf tendensiyaları, digər tərəfdən ölkənin sosial-iqtisadi inkişaf istiqamətləri əsas götürülməlidir.
Biliklər iqtisadiyyatının aparıcı inkişaf xətti olduğu müasir dövrdə tətbiqi tədqiqatların, xüsusən də elmi-innovativ fəaliyyətin gücləndirilməsinin vacib olduğunu bildirən akademik Ramiz Mehdiyev bu istiqamətdə konkret addımların atılmasının zəruriliyini diqqətə çatdırıb.
Müzakirələrdən sonra yeni elmi prioritetlərin müəyyənləşdirilməsi ilə bağlı Rəyasət Heyətinin üzvlərinə və AMEA-nın müvafiq qurumlarına tapşırıqlar verilib.
Gündəlikdə yer alan növbəti elmi-təşkilati məsələ AMEA-nın fəaliyyətinin optimallaşdırılması ilə bağlı Tədbirlər planı haqqında olub. Məsələ ilə bağlı akademik Ramiz Mehdiyev bildirib ki, AMEA-da fundamental və tətbiqi tədqiqatların müasir standartlar səviyyəsində aparılması, elm sahəsində idarəetmə sisteminin və elmi infrastrukturun modernləşdirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, elmlə təhsilin inteqrasiyası, elmi işçilərin sosial təminatının yaxşılaşdırılması, elmin normativ-hüquqi bazasının və informasiya təminatının gücləndirilməsi, eləcə də Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının sürətləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilməlidir. Buna görə də AMEA-nın fəaliyyətinin optimallaşdırılması ilə bağlı müvafiq Tədbirlər planı hazırlanıb. İclasda Tədbirlər planı geniş müzakirə olunub, Akademiyanın elmi bölmələrinə, elmi müəssisə və təşkilatlarına, AMEA Rəyasət Heyəti aparatının aidiyyatı idarə və şöbələrinə bu istiqamətdə müvafiq tapşırıqlar verilib.
Müzakirəyə çıxarılan növbəti elmi-təşkilati məsələ “Azərbaycan Respublikasının müstəqillik tarixi (1991-2020-ci illər)” çoxcildliyinin hazırlanması ilə bağlı olub. Akademik Ramiz Mehdiyev xalqımızın ümummilli lideri
Sonra AMEA Rəyasət Heyəti aparatının strukturu ilə bağlı məsələ müzakirə edilib. Qeyd olunub ki, AMEA Rəyasət Heyəti aparatının strukturunun və idarəetmə sisteminin, habelə kadrların seçilməsi və yerləşdirilməsi işinin təkmilləşdirilməsi məqsədilə AMEA prezidentinin 21 noyabr 2019-cu il tarixli sərəncamı ilə Komissiya yaradılıb. Akademik Ramiz Mehdiyev Komissiya tərəfindən hazırlanmış AMEA Rəyasət Heyəti aparatının yeni strukturunun layihəsi ilə iclas iştirakçılarını tanış edib. Təqdim olunan layihə Rəyasət Heyəti üzvləri tərəfindən geniş müzakirə edilib.