AMEA-nın elmi katibi Zaur Əliyevin yeni kitabı işıq üzü görüb

AMEA-nın elmi katibi Zaur Əliyevin yeni kitabı işıq üzü görüb “Beyin axını” və Azərbaycan: elmi-sosioloji təhlil" adlı kitabda bir sıra maraqlı məsələlərə toxunulub
Elm və təhsil
13 Mart , 2017 00:09
AMEA-nın elmi katibi Zaur Əliyevin yeni kitabı işıq üzü görüb
Foto: "Report"

Bakı. 13 mart. REPORT.AZ/ AMEA-nın Elm Tarixi İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin yeni kitabı işıq üzü görüb.

"Report" xəbər verir ki, “Beyin axını” və Azərbaycan: elmi-sosioloji təhlil" adlı kitabın elmi redaktoru, AMEA Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Həsən qızı Seyidbəylidir. Nəşrin elmi məsləhətçisi isə AMEA Elm Tarixi İnstitutunun elmi işlər üzrə direktor müavini, ilahiyyat üzrə fəlsəfə doktoru Səbinə Nemətzadədir.

İsveçin Stokholm şəhərinin, Södermalm icra hakimiyyətinin Sosial təminatı şöbəsinin rəis müavini Leila Kianidin rəy verdiyi kitabda miqrasiya prosesləri ilə bağlı məsələlər çərçivəsində öyrənilməsi vacib anlayışlardan olan “beyin axını” tədqiq edilib. Kitabda həmçinin qədim dövrlərdən bu günə kimi Azərbaycandan xarici ölkələrə köç edən intellektual miqrasiyanın səbəbləri göstərilib. Dünya təcrübəsinə geniş yer verilən nəşr nəzəri və praktik məsələləri özündə əks etdirir.

Kitabda ilk dəfə olaraq xaricdə yaşayan azərbaycanlı ziyalılar arasında mövzuyla bağlı sorğu keçirilib və sosioloji təhlil aparılıb.

Son xəbərlər

Orphus sistemi