AMEA-nın Dilçilik İnstitutu 7 dövlət qurumu ilə müqavilə imzalayacaq

AMEA-nın Dilçilik İnstitutu 7 dövlət qurumu ilə müqavilə imzalayacaq Müqavilələrin müddəti bir ildir
Elm və təhsil
23 Sentyabr , 2016 14:25
AMEA-nın Dilçilik İnstitutu 7 dövlət qurumu ilə müqavilə imzalayacaq

Bakı. 23 sentyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu 7 dövlət qurumu ilə müqavilə imzalayacaq.

Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva “Report”a açıqlamasında bildirib ki, institut "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC), Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsi, Dövlət Gömrük Komitəsi, Səhiyyə Nazirliyi, Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti ilə müqavilələr bağlayacaq. 

Onun sözlərinə görə, institutun direktoru adından həmin qurumlara məktublar göndərilib: "Yalnız “Azəravtoyol”la danışıqlar apara bilməmişik. Dövlət qurumları ilə imzalayacağımız müqavilələrin müddəti bir ildir”.

S.Əliyeva bildirib ki, müqavilə həmin qurumların özündə, tabeliklərindəki təşkilatlarda və nəzarətlərində olan ərazilərdə yerləşdirilən reklam lövhələri və afişalarda Azərbaycan ədəbi dilinin normalarına riayyət edilməsi üçün bağlanacaq: "Bunun üçün orada istifadə olunan adların siyahısı və müvafiq mətnlər Dilçilik İnstitutunun Monitorinq şöbəsinə göndərilməlidir. Yəni qarşılıqlı əməkdaşlıq şəraitində işləməyə şərait yaradılmalıdır”.

Şöbə müdiri qeyd edib ki, İqtisadiyyat Nazirliyi ilə də müqavilə bağlamağı nəzərdə tuturlar. 

Son xəbərlər

Orphus sistemi