AMEA-nın daha iki qurumuna direktor seçilib

AMEA-nın daha iki qurumuna direktor seçilib Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi Yığıncağı keçirilib.
Elm və təhsil
12 Sentyabr , 2019 17:03
AMEA-nın daha iki qurumuna direktor seçilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi Yığıncağı keçirilib. 

AMEA-dan "Report"a verilən məlumata görə, iclasda AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu və Mərkəzi Nəbatat Bağının direktoru vəzifələrinə seçkilər keçirilib. 

Biologiya elmləri doktoru, professor Ulduz Həşimova AMEA-nın Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun, biologiya elmləri doktoru, dosent Vahid Fərzəliyev isə AMEA-nın Mərkəzi Nəbatat Bağının direktoru vəzifələrinə seçilib. 

Seçkilərin nəticələrinin təsdiq edilməsi üçün AMEA Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.

Son xəbərlər

Orphus sistemi