Yuxarı
    Bağlamaq

    AMEA-nın daha iki institutu birləşdirilir

    Aqrar Elmlər Bölməsi Biologiya və Tibb Elmləri Bölməsinin tərkibinə daxil ediləcək

    Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətinin bugünkü iclasında Akademiyanın Aqrar Elmlər Bölməsinin Biologiya və Tibb Elmləri Bölməsinə birləşdirilməsi barədə müzakirə olunub.

    Bu barədə "Report"a AMEA Rəyasət Heyətinin aparatı İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Məlumata görə, mövzu ilə bağlı çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirilib ki, biologiya və aqrar elmlər sahəsində aparılan tədqiqatların bir-birindən fərqli, iki ayrı bölmə tərkibində aparılması bir sıra hallarda araşdırmaların pərakəndəliyinə, elmi koordinasiyanın lazımi səviyyədə həyata keçirilə bilməməsinə, kadr potensialının qeyri-effektiv istifadəsinə səbəb olur. Kənd təsərrüfatının inkişafı ilə əlaqədar Akademiyada aparılan elmi araşdırmaların, əsasən adları çəkilən bölmələrin müxtəlif elmi tədqiqat müəssisələrində həyata keçirilməsi iki bölmənin birgə fəaliyyət göstərməsi zərurətini yaradır.

    İclasda problemlərin aradan qaldırılması, eləcə də aqrar və biologiya elmləri sahəsində intellektual potensialın səfərbər olunması, tədqiqatlarda multidisiplinarlığın təmin edilməsi və elmi idarəetmədə çevikliyin artırılması məqsədilə AMEA-nın Aqrar Elmlər Bölməsi və onun tərkibinə daxil olan elmi tədqiqat müəssisələrinin AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin tərkibinə qatılması məqsədəuyğun hesab edilib, AMEA-nın Nizamnaməsinə müvafiq olaraq, məsələ ilə bağlı AMEA-nın ümumi yığıncağı qarşısında vəsatət qaldırılması qərara alınıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi