AMEA-nın dörd institutunda doktoranturaya qəbul imtahanları keçirilib

AMEA-nın dörd institutunda doktoranturaya qəbul imtahanları keçirilib AMEA prezidenti Akif Əlizadə institutlara gedərək imtahan prosesinin gedişi ilə maraqlanıb
Elm və təhsil
19 Noyabr , 2015 17:25
AMEA-nın dörd institutunda doktoranturaya qəbul imtahanları keçirilib

Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bir neçə institutunda müvafiq ixtisas fənləri üzrə doktoranturaya qəbul imtahanları keçirilib. AMEA-dan "Report"a verilən xəbərə görə, imtahanlar Fizika, Riyaziyyat və Mexanika, Mikrobiologiya, Torpaqşünaslıq və Aqrokimya institutlarında olub.

AMEA prezidenti Akif Əlizadə, AMEA-nın akademik-katibi Rasim Əliquliyev, AMEA-nın Elm və Təhsil İdarəsinin rəisi Əminağa Sadıqov imtahan prosesinin gedişi ilə maraqlanmaq üçün əvvəl Fizika, sonra isə Riyaziyyat və Mexanika institutlarına baş çəkiblər. 

Xatırladaq ki, AMEA-da doktoranturaya qəbul imtahanları dekabrın 10-dək keçirilməlidir.

Son xəbərlər

Orphus sistemi