Yuxarı
    Bağlamaq

    AMEA-nın Aşqarlar Kimyası İnstitutu "Ən yaxşı elmi məruzə" adlı müsabiqə keçirəcək

    Bakı. 5 aprel. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Aşqarlar Kimyası İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə bu elmi müəssisənin gənc alim, doktorant və dissertantları arasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunan "Ən yaxşı elmi məruzə" adlı müsabiqə keçiriləcək.

    Bu barədə “Report”a İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    5 aprel-15 may tarixlərini əhatə edən müsabiqə müddətində iştirakçılar son bir ildə apardıqları elmi tədqiqatların ən mühüm nəticələri ilə bağlı məruzə edəcəklər. Ekspert Komisiyasının yekun rəyi əsasında I, II və III yerlər üzrə qaliblər seçiləcək, onlara diplom və pul mükafatları təqdim olunacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi