Yuxarı

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda Xalçaşünaslıq sektoru yaradılıb

“Azər-İlmə” MMC AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Xalçaşünaslıq sektorunun bazası hesab edilib

Bakı. 14 iyul. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunda Xalçaşünaslıq sektoru yaradılıb.

Bu barədə "Report"a AMEA-nın mətbuat xidmətindən məlumat verilib. 

Akademiyadan bildirilib ki, Azərbaycanın qədim tarixə və zəngin ənənələrə malik olan xalçaçılıq sənətinin nəzəri və praktik materiallar əsasında araşdırılması, ölkədə boyaqçılıq tarixi və ənənələrini, bu ənənələrin müasir tətbiq perspektivlərinin araşdırılması müasir dövrün aktual problemlərindəndir.

Bunları əsas götürərək, AMEA-nın Rəyasət Heyətində Arxeologiya və Etnoqrafiya İnstitutunda Xalçaşünaslıq sektorunun yaradılması və yeni sektorun əsasnaməsinin təsdiq edilməsi ilə bağlı qərar qəbul olunub. Tarix üzrə fəlsəfə doktoru Vidadi Muradov AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Xalçaşünaslıq sektorunun müdiri vəzifəsinə təyin edilib.

Qərara əsasən, “Azər-İlmə” MMC AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Xalçaşünaslıq sektorunun bazası hesab edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi