Yuxarı

Akif Əlizadə: "AMEA-nın Aqrar bölməsinin Gəncə bölməsi ilə birləşdirilməsi mümkün olmadı"

Erroziya və Suvarma İnstitutunun Torpaqşünaslıq və Aqrokimya İnstitutuna birləşdirilməsi təklif edilir

Bakı. 29 aprel. REPORT.AZ/ "Ötən il Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Aqrar bölməsinin Gəncə bölməsi ilə birləşdirilməsi barədə qərar qəbul edilsə də, bunu həyata keçirmək mümkün olmadı".

“Report”un xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağında Akademiyanın prezidenti, akademik Akif Əlizadə deyib.

O bildirib ki, həmin vaxt həm də Gəncədə AMEA-nın yeni bölməsi yaradılıb.

A.Əlizadə Aqrar bölmədə 3 insitutun olduğunu xatırladıb. O deyib ki, həmin bölmədə fəaliyyət göstərən Erroziya və Suvarma İnstitutunun Torpaqşünaslıq və Aqrokimya İnstitutuna birləşdirilməsi təklif edilir: ”Yeni institutun Torpaqşünaslıq və Aqrokimya İnstitutu adı altında fəaliyyət göstərməsi məqsədəuyğun hesab edilib. Bundan başqa, İctimai elmlər bölməsində hüquq sahəsi ilə iki institut məşğul olur. Bunlar Fəlsəfə və Hüquq İnstitutu və İnsan Hüquqları İnstitutudur. Bu struktur da düzgün hesab olunmur. Ona görə Fəlsəfə və Hüquq İnstitutunun hüquqi hissəsi İnsan Hüquqları İnstitutuna verilib”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi