AMEA-nın adlı mükafatları iki ildən bir veriləcək

AMEA-nın adlı mükafatları iki ildən bir veriləcək Bakı. 24 oktyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) adlı mükafatlarının verilməsi üzrə qaydalara dəyişiklik edilib.
Elm və təhsil
24 Oktyabr , 2018 16:01
AMEA-nın adlı mükafatları iki ildən bir veriləcək
AMEA / Report
0 : 00
0 : 00

Bakı. 24 oktyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) adlı mükafatlarının verilməsi üzrə qaydalara dəyişiklik edilib.

"Report" xəbər verir ki, Rəyasət Heyəti adlı mükafatlara təqdim olunan alimlərin daha dəqiq meyar və prinsiplər əsasında müəyyənləşdirilməsi məqsədilə müsabiqənin iki ildən bir elan edilməsini qərara alıb.

İndiyə qədər mükafatlar hər il verilirdi. 

Eyni zamanda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Uşaq ədəbiyyatı şöbəsi, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Eksperimental fonetik araşdırmalar laboratoriyası və AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda Təhsil şöbəsinin yaradılması ilə bağlı qərarlar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi