Bakı. 14 yanvar. REPORT.AZ/ "2015-ci il Azərbaycan Milli Elmlər Akademiyası üçün önəmli illərdən biri olacaq. Çünki bu il AMEA-nın 70 illik yubileyinin keçirilməsi planlaşdırılır". "Report" xəbər verir ki, bunu akademiyanın prezidenti Akif Əlizadə bu gün keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
Yubiley tədbirinin bu ilin noyabr ayında keçirilməsi nəzərdə tutulur:
“Artıq bununla bağlı razılıq əldə olunub".