AMEA Milli Azərbaycan Tarixi Muzeyinə 120 ədəd arxeoloji tapıntı təqdim edilib

AMEA Milli Azərbaycan Tarixi Muzeyinə 120 ədəd arxeoloji tapıntı təqdim edilib "Bütün bu tapıntılar IX-XIII əsrin əvvələrinə aid edilir"
Elm və təhsil
26 Fevral , 2016 21:25
AMEA Milli Azərbaycan Tarixi Muzeyinə 120 ədəd arxeoloji tapıntı təqdim edilib

Bakı. 26 fevral. REPORT.AZ/ AMEA Milli Azərbaycan Tarixi Muzeyinə 120 ədəd arxeoloji tapıntı təqdim edilib.

Muzeyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, materiallar Arxeologiya və Etnoqrafiya İnstitutunun Orta əsrlər şöbəsinin müdiri, “Şəmkir arxeoloji ekspedisiyası”nın rəhbəri, t.ü.e.d. Tarix Dostiyevin 2006-2014-cü illərin çöl-tədqiqat mövsümlərində orta əsr Şəmkir şəhər yerində aparılan qazıntılardan əldə olunub.

Təqdim edilən tapıntılar əsasən şirli və şirsiz saxsı qablardan, fayans və şüşə qab hissələrindən, şüşə bilərziklərdən, daş piydandan, dəmir midbər, bıçaq, nal, dəhrə, toqqa, mismar və ox ucluqlarından, mis qarmaq, üzük və sırğalardan, mərmər və pasta muncuqlardan, eləcə də müxtəlif təyinatlı inşaat keramikası nümunələrindən ibarətdir. Onların arasında bir ədəd qızıl bilərzik hissəsi də var. Bütün bu tapıntılar IX-XIII əsrin əvvələrinə aid edilir"

Muzeyin Arxeologiya fondunun müdiri, t.ü.f.d. Nasir Quluzadənin sözlərinə görə bu tapıntılar təmsil etdikləri dövrün şəhər həyatını, xüsusilə də orta əsr Şəmkir şəhər əhalisinin məişətini, təsərrüfatını, memarlığını, sənətkarlığını, ticarət əlaqələrini və mənəvi mədəniyyətini özündə ehtiva edən qiymətli əşyavi mənbələrdir.

Son xəbərlər

Orphus sistemi