Bakı. 4 yanvar. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azərbaycan Tarixi Muzeyi yanvarın 4-dən başlayaraq ziyarətçiləri qəbul edəcək.
Bu barədə "Report"a muzeydən məlumat verilib.
Qeyd edək ki, muzey Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə elan olunan tətil günlərində fəaliyyət göstərməyib.