Yuxarı

AMEA Mərkəzi Nəbatat Bağında İynəyarpaqlılar Bağının açılışı olub

Sərginin təşkilində əsas məqsəd Azərbaycanda botanika elminin təbliği, bu sahədə əldə edilmiş nailiyyətlərin nümayişi olub

Bakı. 2 iyun. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Nəbatat Bağında İynəyarpaqlılar Bağı açılıb. 

"Report" xəbər verir ki, mərasimdə AMEA Rəyasət Heyətinin üzvləri, o cümlədən müxtəlif yerli və beynəlxalq təşkilatlardan olan nümayəndələr iştirak ediblər. 

Sərginin təşkilində əsas məqsəd Azərbaycanda botanika elminin təbliği, bu sahədə əldə edilən nailiyyətlərin nümayişi, o cümlədən iynəyarpaqlılar həvəskarlarını yeni sortlarla tanış etməkdir. 

Mərkəzi Nəbatat Bağının direktoru vəzifəsini icra edən, biologiya üzrə fəlsəfə doktoru Vahid Fərzəliyev qonaqlara bağın fəaliyyəti barədə ətraflı məlumat verib. O bildirib ki, Mərkəzi Nəbatat Bağı dünyanın müxtəlif ölkələrinin 130-dan artıq Nəbatat bağları ilə toxum mübadiləsi aparır. Hazırda həmin toxumların hesabına Bağın kolleksiyasına 40 növdən çox ağac, kol və çiçək bitkiləri əlavə olunub. Mərkəzi Nəbatat Bağında Azərbaycan florasından və dünyanın müxtəlif botaniki-coğrafi rayonlarından 2500-ə gədər növ, forma və çeşid yerli və ekzotik ağac, kol və ot bitkilərinin, o cümlədən 125 növ nadir, nəsli kəsilməkdə olan bitkilərin kolleksiyası vardır.

AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov sərginin əhəmiyyətindən danışıb.

Tədbir AMEA Azad Həmkarlar İttifaqının “Zirvə” ansambılının konsert proqramı ilə davam edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi