AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Misir Mədəniyyət Mərkəzində olub

AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Misir Mədəniyyət Mərkəzində olub İki qurum arasında əməkdaşlıq münasibətləri müzakirə edilib
Elm və təhsil
3 Aprel , 2015 15:08
AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Misir Mədəniyyət Mərkəzində olub

Bakı. 3 aprel. REPORT.AZ/ AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, tibb elmləri üzrə fəlsəfə doktoru Leyla İmanova Misir Mədəniyyət Mərkəzində görüşdə olub. Bu barədə "Report"a Misir Mədəniyyət Mərkəzindən məlumat verilib.

Tanışlıq və əməkdaşlıq məqsədi daşıyan görüş zamanı Mərkəzin müdiri Əhməd Sami Elaydi qonağa rəhbərlik etdiyi qurum yaranma tarıxındən, fəaliyyət istiqamətləri barədə məlumat verib. Görüş zamanı tərəflər arasında Misir Milli Kitabxanası və Arxivlər İdarəsi ilə AMEA Mərkəzi Elmi Kitabxanası arasında müqavilə bağlanması üzrə aparılan son işlər, Misirdən kitabxanaçılıq sahəsi üzrə mütəxəssislərin AMEA Mərkəzi Elmi Kitabxanasına dəvət olunub oradakı yerli kitabxana mütəxəssislərinə treninqlər keçirilməsi, o cümlədən AMEA Mərkəzi Elmi Kitabxanasının Şərq fondunun əməkdaşlarının Misir Mədəniyyət Mərkəzinə dəvət olunmaları barədə təkliflər müzakirə olunub.

Daha sonra Misir Mədəniyyət Mərkəzinin bir çox sahələri əhatə edən zəngin kitabxanası ilə tanış olan Leyla İmanovaya Ə.S.Elaydi Mərkəzinin kitabxanasında yaxın zamanlarda elektron bazanın yaradılması sahəsində aparılan işlər barədə məlumat verib.

Son xəbərlər

Orphus sistemi