AMEA Mərkəzi Elmi Kitabxanasında “Vikipediya” mövzusunda təlimlərə başlanılıb

AMEA Mərkəzi Elmi Kitabxanasında “Vikipediya” mövzusunda təlimlərə başlanılıb Təlim 5 gün davam edəcək
Elm və təhsil
17 Fevral , 2016 20:35
AMEA Mərkəzi Elmi Kitabxanasında “Vikipediya” mövzusunda təlimlərə başlanılıb

Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Vikipediya” mövzusunda təlimlərə başlanılıb.

Kitabxananın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, 5 gün davam edəcək təlimdə əsasən “Viki” texnologiyası, “Vikipediya” haqqında anlayış, onun əhəmiyyəti, “Vikilayihə”lər (Vikilüğət, Vikikitab, VikiSitat, VikiMənbə, VikiNövlər, VikiXəbər, VikiVersitet), informasiya-kommunikasiya texnologiyalarının inkişaf tempinin “Vikipediya”ya təsiri, “Vikipediya”nın mənfi təsirləri və onun qarşısının alınması kimi ümumi mövzular barədə məlumat verilməsi nəzərdə tutulur.

Mərkəzi Elmi Kitabxananın əməkdaşları Əzizağa Haxverdiyev və Günay Məmmədovanın təşkil etdiyi təlimin təşkilinin məqsədi Azərbaycana dair kontentin və “Vikipediya” kimi qlobal informasiya resurslarında Azərbaycan ilə əlaqədar məlumatların inkişaf etdirilməsidir.

Təlimin ilk günündə təlim iştirakçıları “Vikimedia Commons”, “Vikilayihə”lərdə fəaliyyət, qeydiyyatdan keçmə, məqalələrin yaradılması, adlandırılması, mətnin vikiləşdirilməsi, mənbələrin əlavə edilməsi, daxili və xarici keçidlərin yaradılması, şablonlar və s. kimi çoxçeşidli praktiki mövzular barədə əməkdaşları məlumatlandırıb.

Son xəbərlər

Orphus sistemi