Yuxarı

​AMEA Mərkəzi Elmi Kitabxanasında Mülki Müdafiə məşqi keçirilib

Sonda rəhbər və komandir-rəis heyətinin praktiki məşğələlər zamanı təhlükəsizlik qaydalarına dair suallarını iştirakçılar cavabladırıb

Bakı. 18 aprel. REPORT.AZ/ AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) “2016-cı il üçün Mülki Müdafiə Tədbirləri Planı”na əsasən "Föqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili" mövzusunda rəhbər heyətlərin iştirakı ilə Mülkü Müdafiə məşqi keçirilib. 

Bu barədə "Report"a MEK-ın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, öncə AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsinin baş mütəxəsisi Əlimərdan Məhəmmədov, MEK-ın ümumi işlər üzrə direktor müavini Fuad Aslanov çıxış edib. Baş verə biləcək fövqəladə hallarla bağlı mütəmadi məlumatlandırılmanın və bu istiqamətdə işlərin görüldüyünü diqqətə çatdırıb.

Sonra məşqin gedişi MEK-ın Mükli Müdafiə qərargahının rəisi Gülağa Cahangirovun rəhbərliyi ilə davam edib. Məşq rəhbər və komandir-rəis heyətinin föqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı bilik və bacarıqların təkmılləşdirilməsi, fövqəladə hadisələrin təsirindən qorunması məqsədilə profilaktik tədbirlərin həyata keçirilməsi və Mülki Müdafiə sahəsində maarifləndirmə işlərinin gücləndirilməsinə yönləndirilib. Məşq zamanı Mülki Müdafiə dəstələrinin hazırlıqları bir daha nəzərdən keçirilib, mövcud nöqsanların aradan qaldırılması üçün lazımı tövsiyələr verilib.

Sonda rəhbər və komandir-rəis heyətinin praktiki məşğələlər zamanı təhlükəsizlik qaydalarına dair suallarını iştirakçılar cavabladırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi