Yuxarı

AMEA magistraturaya qəbul olunan bakalavrlara xəbərdarlıq edib

AMEA magistraturaya qəbul olunan bakalavrlara xəbərdarlıq edib
© Report

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) magistraturaya qəbul olunan bakalavrlara xəbərdarlıq edib. 

Akademiyanın Rəyasət Heyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, 2019/2020-ci tədris ili üçün AMEA-nın magistraturasına qəbul olan bakalavrlar AMEA-da qeydiyyatdan keçməlidirlər. 

Qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur:

- Bakalavrın təhsilini başa vurduğunu təsdiqləyən diplom və ya arayış;

- Şəxsiyyət vəsiqəsinin surəti – 2 nüsxə;

- Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti – 2 nüsxə;

- 3x4 ölçüdə rəngli fotoşəkil – 4 ədəd;

- Ödənişli əsaslarla qəbul olunanlar üçün – təhsil haqqının ödənilməsi haqqında qəbzin surəti – 2 nüsxə;

- Təhsil haqqından azad olmaq hüququna malik olanlar müvafiq sənədlərinin (vəsiqələrinin) notarial təsdiqini.

Magistraturaya qəbul olunan bakalavrların qeydiyyatı 2019-cu il iyun ayının 27-dən iyul ayının 10-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin Magistratura şöbəsində aparılacaq.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi