Yuxarı

AMEA magistraturaya qəbul olanlara müraciət edib

Sənədlər iyunun 28-dən iyulun 11-dək qəbul ediləcək

Bakı. 24 iyun. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) magistraturaya qəbul olanlara müraciət edib.

AMEA-dan “Report”a verilən xəbərə görə, magistrlar şənbə, bazar və bayram günləri istisna olmaqla iyunun 28-dən iyulun 11-dək Akademiyada qeydiyyatdan keçməlidirlər:

Magistrlar qeydiyyat üçün AMEA prezidentinin adına ərizə, şəxsiyyət vəsiqəsinin əsli və surətini, bakalvr diplomunun əsli və surətini (2016-cı ilin məzunları ali təhsil müəssəsini bitirmək haqqında arayış) təqdim etməlidirlər.

Yuxarıda göstərilən müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyənlər qəbul olunanların siyahısından xaric ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi