AMEA Koreyanın Elm, Texnologiya və Siyasət İnstitutu ilə əməkdaşlıq edir

AMEA Koreyanın Elm, Texnologiya və Siyasət İnstitutu ilə əməkdaşlıq edir AMEA-da "Elm Texnologiyaları İnnovasiya Siyasəti və Sənayesi" mövzusunda təlim-seminar başlayıb
Elm və təhsil
7 Avqust , 2017 18:13
AMEA Koreyanın Elm, Texnologiya və Siyasət İnstitutu ilə əməkdaşlıq edir

Bakı. 7 avqust. REPORT.AZ/ Koreyanın Elm, Texnologiya və Siyasət İnstitutunun (STEPI) Beynəlxalq İnnovasiya Əməkdaşlıq Mərkəzinin (IICC) nümayəndələri Bakıda səfərdədirlər. STEPI AMEA ilə əməkdaşlıq çərçivəsində avqustun 7-dən AMEA Yüksək Texnologiyalar Parkının əməkdaşları üçün "Elm Texnologiyaları İnnovasiya Siyasəti və Sənayesi" mövzusunda təlim-seminara başlayıb.

AMEA-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, AMEA Yüksək Texnologiyalar Parkının direktoru Vüqar Babayev ölkə iqtisadiyyatının əsas prioritet istiqaməti olaraq elm, texnologiya və innovasiya potensialının artırlılması olduğunu bildirib. Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini deyərək qeyd edib ki, seminarın keçirilməsində əsas məqsəd Koreyanın innovasiyaların sənayedə tətbiqi sahəsində təcrübəsinin öyrənilməsi, həmçinin Koreya ilə Azərbaycan arasında elm və texnologiya sahəsində davamlı inkişaf edən əməkdaşlığa nail olmaqdır.

Koreyanın Beynəlxalq İnnovasiya Əməkdaşlıq Mərkəzinin (IICC) potensialın gücləndirilməsi və təlimlər qrupunun rəhbəri Eunjoo Kim 1987-ci ildə yaradılan Elm, Texnologiya və Siyasət İnstitutu – STEPI-nin elm və texnologiya siyasətinin inkişafında mühüm rol oynadığını, bu sahədə tədqiqatlar üçün qlobal düşüncə platformasını genişləndirərək milli rəqabət qabiliyyətini inkişaf etdirdiyini deyib. Bildirib ki, 2014-cü ildə STEPI-nin nəzdində yaradılan Beynəlxalq İnnovasiya Əməkdaşlıq Mərkəzi (BİƏM) Koreyanın elm, texnologiya və innovasiya sahəsindəki təcrübəsini tərəfdaş ölkələrlə, o cümlədən Azərbaycanla paylaşmağa maraqlıdır.

Dörd gün davam edəcək seminarda “Elm texnologiyası siyasətinin həyata keçirilməsi”, “Elm, texnologiya və innovasiya parklarının idarəedilməsi”, “Milli/regional innovasiya sisteminin yaradılması” kimi mövzulara toxunulacaq. Elm, texnologiya və innovasiya siyasətinin milli innovasiyada oynadığı mühüm rol, effektiv milli inkişaf üçün uğurlu amillər, Koreya iqtisadiyyatını yüksəltməyə yönəlmiş elm, texnologiya və innovasiya siyasətində əldə olunan nailiyyətlərə dair məruzələr dinləniləcək. Həmçinin Azərbaycanın elm və texnologiya siyasətinin cari vəziyyəti və qarşılaşdığı problemlər müzakirə olunacaq. 11 avqusta qədər davam edəcək seminarda Koreyanın texnologiya transferi və kommersiyalaşdırması siyasəti və Azərbaycanda bu sahədə mövcud vəziyyət ilə bağlı müzakirələr aparılacaq. Təlimlər Azərbaycan kontekstində texnologiyanın transferi və kommersiyalaşdırılmasının təşviqi ilə bağlı qrup təlimləri ilə başa çatacaq. Sonda seminar iştirakçılarına sertifikatlar təqdim olunacaq. 

Son xəbərlər

Orphus sistemi