Yuxarı

AMEA ilin bütün fəsillərində bitki yetişdirməyə imkan verən xüsusi kamera alıb

Botanika İnstitutu maddi-texniki bazasını genişləndirib

Bakı. 13 oktyabr. REPORT.AZ/ Botanika İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) xətti ilə ilin bütün fəsillərində temperatur, rütubət və işıqlandırmanı tənzimləməklə bitki yetişdirməyə imkan verən xüsusi bitki yetişdirmə kamerası (Growing-chamber) alıb. Bu barədə "Report"a institutun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, AMEA-nın elmi müəssisələrinin strukturları yenilənir, tədqiqat işlərinin effektiv mexanizmlər üzərində qurulması təmin edilir. Bu tədbirlərin məntiqi nəticəsi kimi AMEA Botanika İnstitutu Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin maddi-texniki bazasının təchizatını inkişaf etdirmək məqsədilə BMT-nin Regionlararası Cinayət və Hüquq Tədqiqatları İnstitutunun (UNİCRİ) "Cənubi Qafqazda və Mərkəzi Asiya ölkələrində biomüdafiə və biotəhlükəsizlik imkanlarının gücləndirilməsi" proqramı çərçivəsində institutda mühüm işlər həyata keçirilib. Belə ki, bu elmi müəssisədə qrant layihəsi ilə 2015-ci ildə molekulyar bioloji tədqiqatların aparılması üçün lazım olan ABŞ-ın QİAGEN Kompaniyasının QİAxcel Advanced İnstrument Kapilyar elektroforez aparatı, QIAxcel DNA Screening Kit, QX Nitrogen Cylinder, DNT molekulunun miqdarını və DNT təmizlik dərəcəsini kiçik həcmlərdə təyin etmək üçün Epoch Microplate Spectrophotometer, spektrofotometr üçün 48 yuvalı Take3 Trio Micro-Volume Plate planşeti, İmmunoferment analizləri həyata keçirmək üçün ELx50 Microplate Strip Washer avtomatik yuma sistemi alınıb.

Layihə çərçivəsində alınmış bu müasir avadanlıqlar virus və fitoplazma xəstəliklərinə yoluxmuş çoxlu sayda müxtəlif bitki nümunələrinin tez molekulyar diaqnostikasını və identifikasiyasını, PZR-məhsulların kapilyar elektroforezlə daha tez və dəqiq analizini həyata keçirməyə imkan verir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi