AMEA ilə BP şirkəti arasında protokol imzalanıb

AMEA ilə BP şirkəti arasında protokol imzalanıb AMEA ilə “BP Eksploreyşn Limited” şirkəti arasında görüş keçirilib
Elm və təhsil
20 Dekabr , 2016 16:03
AMEA ilə BP şirkəti arasında protokol imzalanıb

Bakı. 20 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA ilə Böyük Britaniyanın “BP Eksploreyşn (Kaspian Si) Limited” şirkəti arasında görüş keçirilib.

AMEA-dan "Report"a verilən məlumata görə, görüşdə “Azərbaycanda elm və innovasiyaların tətbiqi sahəsinin inkişafı üzrə fəaliyyətlər” layihəsi çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Tərəflər müzakirə olunan istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini nəzərə alaraq, AMEA tərəfindən elmin ayrı-ayrı sahələrində əldə edilmiş nailiyyətlərin və innovativ yeniliklərin BP-nin operatoru olduğu layihənin həyata keçirildiyi ərazilərdə tətbiq edilməsi, sahibkarlıq subyektlərinin maarifləndirilməsi və fəaliyyətinin inkişafına kömək göstərilməsi barədə razılığa gəliblər.
Qurumlar texnologiyaların transferi və innovativ layihələrin aqrar sektor istiqamətində inkişafı barədə əməkdaşlıq edəcək, qabaqcıl texnologiya və metodların inkişafı və təkmilləşdirilməsi sahəsində təcrübə mübadiləsi aparacaqlar. Əməkdaşlığın daha səmərəli və intensiv olması üçün zəruri əlaqələndirmə AMEA və BP-nin müvafiq təşkilatları tərəfindən həyata keçiriləcək.

Bununla əlaqədar olaraq görüşün sonunda AMEA-nın prezidenti, akademik Akif Əlizadə və BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qordon Birrell müvafiq sənəd imzalayıblar.

Son xəbərlər

Orphus sistemi