Yuxarı
    Bağlamaq

    AMEA İnstitutunda 3D printer nümayiş olunub

    Bu printerlərin hesabına 390 000 rəng çaları əldə etmək mümkundür

    Bakı. 13 fevral. REPORT.AZ/ AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında şöbə müdiri Anar Səmidov ölkədə ilk olaraq institut tərəfindən alınmış 3D printeri nümayiş etdirib.

    “Report” xəbər verir ki, printerdə çap olunmuş işlək mexanizmləri təqdim edərək tədbir iştirakçılarına avadanlıq haqqında ətraflı məlumat verib.

    Şöbə müdiri bildirib ki, texnologiyalar sahəsində XXI əsrin ən mühüm ixtiralarından olan 3D printer işlək mexanizmlə yanaşı, onun ayrı-ayrı detallarını da çap edir: "Daha peşəkar çap üçün hazırlanmış 3D printerlər çap prosesində müxtəlif rənglərdən istifadəyə imkan verən bir neçə çap başlığına malik olur. Bunun hesabına 390 000 rəng çaları əldə etmək mümkundür. Tədbirdə nümayiş olunan üçölçülü printerdə isə çap prosesi zamanı bir rəngdən istifadə olunur və rəng yalnız kənardan müdaxilə etməklə dəyişilə bilər".

    A.Səmidov 3D printerlərdə eyni zamanda 200-ə yaxın materialdan istifadənin və maketin istənilən rəngdə çap edilməsinin mümkünlüyünü vurğulayıb.

    3D printerlər memarlıq, incəsənət, zərgərlik, tibb, təhsil, nəqliyyat və digər sahələrdə tətbiq olunur. Gətirdiyi üstünlüklərlə yanaşı, bu printerlərdən sui-istifadə hallarına da rast gəlindiyini, kriminal sahədə pis niyyətli fəaliyyət üçün istifadə olunduğu diqqətə çatdırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi