Yuxarı

​AMEA “Gənclər üçün Prezident Mükafatı”na 4 namizədini irəli sürəcək

Mükafat 10 min manat, diplom, nişan və vəsiqədən ibarətdir

Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) “Gənclər üçün Prezident Mükafatı”na 4 gənc alimin namizədliyini irəli sürəcək. “Report” xəbər verir ki, bu barədə qərar AMEA Rəyasət Heyətinin bugünkü iclasında qəbul olunub.

Namizədlər AMEA-nın İnformasiya Texnologiyaları, İdarəetmə Sistemləri institutları, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Gəncə Bölməsinin elmi nəticələri ilə fərqlənən gəncləridir.

İclasda AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev xatırladıb ki, “Gənclər üçün Prezident Mükafatı” dövlət başçısı İlham Əliyevin 2 iyul 2013-cü il tarixli fərmanı ilə təsis olunub. Mükafat 10 min manat, diplom, mükafatın nişanı və vəsiqəsindən ibarətdir. Namizədlər müvafiq ekspert komissiyasına təqdim olunan 14 nəfər arasından seçildikdən sonra Rəyasət Heyətinə təklif edilib. 

R.Əliquliyev akademiyanın mükafata layiq bildiyi gənc alimlərin siyahısının dekabr ayının 1-dək Gənclər və İdman Nazirliyinə təqdim ediləcəyini vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi