Yuxarı
    Bağlamaq

    AMEA gənc alimlər üçün mükafat təsis edib

    Qaliblərə diplom və 2000 manat məbləğində pul mükafatı veriləcək

    Bakı. 2 mart. REPORT.AZ/ AMEA prezidentinin Gənclər mükafatı təsis edilib. "Report"un məlumatına görə, bu barədə qərar akademiyanın Rəyasət Heyətinin (RH) bu gün keçirilən iclasında qəbul olunub.

    İclasda çıxış edən AMEA-nın akademik-katibi Rasim Əliquliyev bildirib ki, təsdiq olunan Əsasnaməyə uyğun olaraq, mükafat müsabiqə əsasında yaşı 35-dək olanlar və yaşı 35 olanlar da daxil olmaqla, təbiət və ictimai-humanitar elmlər üzrə xüsusi nailiyyətlər əldə edən gənclərə veriləcək.

    O bildirib ki, namizədlər barədə sənədlər AMEA Rəyasət Heyətinin qərarı ilə yaradılan Ekspert Komissiyasına təqdim ediləcək, daha sonra komissiya irəli sürülən namizədlər sırasından mükafata namizədi seçərək öz rəyini RH-a təqdim etməlidir: "Son olaraq namizədin mükafatla təltif edilməsi barədə yekun qərarı Rəyasət Heyəti qəbul edəcək. Qaliblərə müvafiq diplom və 2000 manat məbləğində pul mükafatı verilir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi